Bakıda keçiriləcək “Böyük dəbilqə” turnirində 50 ölkədən 383 cüdoçu mübarizə aparacaq
Mayın 8-dən 10-dək “Sərhədçi” İdman Olimpiya Mərkəzində cüdo üzrə “Böyük dəbilqə” turniri keçiriləcək.

Yarışda 50 ölkədən 383 cüdoçu birincilik uğrunda mübarizə aparacaq. Bunlardan 228-i kişi, 155-i isə qadın cüdoçudur.

Yarışda Azərbaycanı 35 (23 kişi, 12 qadın) cüdoçu təmsil edəcək.

Xəbər 1022 dəfə oxundu.