Bilgəhdə triatlon üzrə test yarışları keçirilib
Mayın 2-də Bilgəhdə triatlon üzrə test yarışları keçirilib. Bu turnir Avropa Oyunları ərəfəsində idmançıların yoxlanışı xarakterini daşıyib.

Turnirdə ölkəmizi gənclərdən ibarət yığma komandası təmsil edib. Komandanın tərkinində ən yaxşi nəticə Denis Karçaşkin gosterib. O ikinci olub. Orxan Heydərli isə - üçüncüdür.

Hal-hazirda əsas komandamız I Avropa Oyunlarına hazırlıq aparır. Bizim yığmamız Oyunların açılış mərasimindən sonrakı iki gün ərzində çıxış edəcək (13-14 iyun). Bu prizmadan yanaşılsa tam əminliklə demək olar ki, triatlon idmansevərlərin maraq dairəsinin mərkəzində olacaq. Avropanın 130 ən güclü idmançısının qızıl medal uğrunda mübarizə aparacağı bu yarış, Bakının mərkəzindən şimalda yerləşən Bilgəh çimərliyində keçiriləcək.

1500 metr üzgüçülük, 40 kilometr velosiped və 10 kilometr qaçış yarışlarını özündə birləşdirən bu İdman növünün ilk Avropa Oyunlarının ən məşhur yarışlarından biri olacağı gözlənilir. Qalib gələn kişi və qadın idmançılar 2016-cı ildə Rioda keçiriləcək Olimpiya Oyunlarında iştirak etmək üçün vəsiqə qazanacaqlar.

Xəbər 1752 dəfə oxundu.