İnqilab Məmmədova yeni təyinat
Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov Bakı-2015 Birinci Avropa Oyunlarına təyinat alıb.

Xatırladaq ki, Bakı-2015 I Avropa Oyunlarına digər idman növləri ilə yanaşı, 8 komandanın iştirakı ilə çimərlik futbolu üzrə də qarşılaşmalar keçiriləcək. A qrupunda Azərbaycan, Portuqaliya, İsveçrə və Ukrayna, B qrupunda isə Rusiya, İtaliya, İspaniya və Macarıstan milli komandaları mübarizə aparacaq.

Xəbər 738 dəfə oxundu.