Daşkəsəndə stolüstü tennis üzrə rayon birinciliyi keçirilib
5-6 may tarixlərdə 1941-1945-ci illər müharibədə qələbənin 70 illiyi münasibəti ilə Daşkəsən rayon Uşaq Gənclər idman məktəbində ümumtəhsil məktəbliləri arasında stolüstü tennis idman növü üzrə rayon birinciliyi keçirilib.

36 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi qələbənin 70 illik yubileyinin qeyd olunması, yeniyetmə vəgənclərinhərbi-vətənpərvərlik ruhunda tərbiyəsini və fiziki hazırlıq səviyyəsini yüksəltmək, idmançılar arasında dostluq əlaqələrini gücləndirmək, rayonda idmanın kütləviliyinin təmin olunması və bu idman növünün inkişaf etdirilməsi olub.

Sonda qaliblər Gənclər və İdman idarəsi tərəfindən diplom və hədiyyələrlə təltif olunublar.

Xəbər 765 dəfə oxundu.