Zərdabda rayon birinciliyi keçirilib
28-29 aprel tarixlərində Zərdab rayonunda ümumilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Ciu-citsu idman növü üzrə rayon birinciliyi keçirilib.

Zərdab şəhəri bölmənin idman zalında 30 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi ümumilli lider Heydər Əliyevin xatirəsini yad etmək və rayonda idmanın Ciu-citsu növünü inkişaf etdirmək olub.

Sonda Zülqədər Rəşidli (27 kq), Xanəli İsmayılov (33 kq), Vüsal Rəhimli (40 kq), Süleyman İsmayılov (47 kq), Soltan Babayev (54 kq) yüksək yerlərə layiq görülüb.

Xəbər 708 dəfə oxundu.