"Naxçıvan OPEN 2015" beynəlxalq şahmat festivalında 2 tur başa çatıb
Naxçıvan şəhərində keçirilən, Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Naxçıvan Open 2015” beynəlxalq şahmat festivalında 2-ci turun görüşləri başa çatıb.

2-ci turda “A” qrupunda mübarizə aparan iştirakçılardan Vüqar Rəsulov qadınlar arasında Dünya çempionu, Çin təmsilçisi Hou Yifanla xalları yarı bölüb. Məmmədova Gülnar isə keçmiş dünya çempion yarışın ən yüksək reytinqli şahmatçısı, özbəkistanlı Rustam Kasımcanovla sülh bağlayıb. Eltac Səfərli Nino Kurtsidze ilə üz-üzə gəlib və görüş heç-heçəbaşa çatıb. Bu turda digər heç-heçələr Rauf Məmmədov və Zaur Məmmədov, Vladimir Baklan və Amirezza Pourrazemanali arasında qeydə alınıb. Ülvi Bacarani Omid Noroozi ilə qarşılaşıb.Qarşılaşma Bacaraninin qələbəsi ilə başa çatıb. İsmayıl Şahəliyev Aleksandr Xalifmana, Misrətdin İsgəndərov Etienne Bakrota məğlub olub .

2 turdan sonra Amin Tabatabaei (İran), Levan Pantsulia (Gürcüstan),Yevgeni Romanov(Rusiya),Sanal Vahap (Türkiyə) və təmsilçimiz -Ülvi Bacarani hərəyə 2 xal toplayaraq turnirə liderlik edirlər.

B turnirində isə 8 zəka sahibinin aktivində 2 xal var. Uşaqların turnirində 30 şahmatçı 2 turdan 2 xal toplayıblar.

Xəbər 1106 dəfə oxundu.