Frank Riberi: Bir daha Fransaya qayıtmayacağam
Futbol karyerasına 18 yaşından anadan olduğu Fransanın Bulon-sür-Mer şəhərinin “US-Bulon” komandasında başlayan, ölkənin yığma futbol komandasının məşhur hücumçusu Frank Riberi bir daha Fransaya qayıtmayacağını bəyan edib.

Almaniyanın Münxen Bayern futbol komandasında 7 nömrə altında oynayan futbolçu Fransanı tərk etməsinə səbəb kimi oynunun lazımınca qiymətləndirilmədiyini, komanda rəhbərliyi tərəfindən ona soyuq münasibət bəslənildiyini və dəfələrlə tənqidə məruz qaldığını göstərib.

Müxtəlif vaxtlarda Fransanın tanınmış futbol klublarında çıxış edən, ölkənin milli yığma komandasının tərkibində Avropa və dünya çempionatlarında gözəl oyunları ilə azarkeşlərin yaddaşında qalan, Fransa yığmasının 2007-ci, 2008-ci və 2013-cü illərdə əldə etdiyi uğurlarda az əməyi olmayan Frank Riberini idman şərhçləri çox vaxt Fransa futbolunun ulduzu, məşhur futbolçu Zinəddin Zidanın davamçısı kimi qiymətləndirirlər. Buna baxmayaraq, 32 yaşlı futbolçu Fransanı tərk edərək Münxen Bayern klubunda oynamağa başlayıb.

F.Riberi yaxın vaxtlarda Almaniya vətəndaşlığını qəbul edəcəyini bildirib.

Xəbər 756 dəfə oxundu.