“Çelsi” İngiltərə çempionudur
“Çelsi” İngiltərə Premyer Liqasının 35-ci turunda “Kristal Pelas” üzərində qələbə qazanaraq, sona 3 tur qalmış çempionluğunu rəsmiləşdirib.

London komandalarının 35-ci tur qarşılaşması 1:0 hesabı ilə yekunlaşıb.

Oyunda yeganə qolu Eden Azar (45-ci dəqiqə) vurub.

“Çelsi” bu qələbə sayəsində yaxın izləyiciləri olan “Mançester Siti” və “Arsenal” ilə arasındakı xal fərqini 16-ya çatdırıb.

Beləliklə, ingilis klubu beşinci dəfə ölkə çempionu olub ki, bunun da üçü Joze Mourinyonun rəhbərliyi ilə qazanılıb.

Xəbər 799 dəfə oxundu.