"Sumqayıt"ın iki aparıcı üzvü "Xəzər-Lənkəran"a qarşı oynamayacaq
"Sumqayıt" iki ciddi itki ilə üzləşib. Baş məşqçi Aqil Məmmədov Məhəmməd Qurbanovla Aleksandr Çertoqanovun хidmətindən məhrum olub.
Hər iki futbolçu cəzalı duruma düşüb.

"Neftçi" ilə oyunun 32-ci dəqiqəsində cəzalanan Aleksandr Çertoqanov sarı vərəqə limitini doldurub. Məhəmməd Qurbanov isə "Neftçi" ilə matçın 90-cı dəqiqəsində fitdən sonra topa zərbə vurduğu üçün cəzalanaraq sarı vərəqə limitini doldurub.

Hər iki futbolçu Premyer Liqanın 33-cü turunda keçiriləcək "Qəbələ" oyununu buraxmalı olacaq.

Xəbər 750 dəfə oxundu.