Real Çiçaritonu almaqdan vaz keçdi
İspaniyalı jurnalist Gilyem Balage Realın Xavyer Ernandesi almadığını yazıb.
«Madridlilər Çiçaritonun müqaviləsindəki bəndi aktivləşdirmədilər. Həmin bəndin müddəti dünən gecə bitdi», — deyə Balage bildirib.

Müxtəlif KİV-lərin verdiyi məlumata görə Real aprelin 30-na qədər Ernandesi 20 milyona ala bilərdi. Lakin bu onun gələn il də Realda oynamaması demək deyildir. Belə ki, klub mövsümün sonunu gözləyir. Yalnız yayda yeni futbolçular haqda qərar veriləcək.

Xəbər 965 dəfə oxundu.