Bakı-2015: Bilet aldı, Nyu-Yorka gedib-gəlmək şansı və 1500 manat pul qazandı
Bakı 2015 və rəsmi tərəfdaşı Azərbaycan Hava Yolları xanım Ofeliya Abdullayevanın Avropa Oyunlarının ilk Şanslı qalibi olduğunu açıqladılar. Bilet nömrəsi püşkatma ilə seçilmiş Xanım Abdullayeva AZAL tərəfindən NyuYork şəhərinə iki nəfərlik biznes klas, gediş-gəliş uçuş bileti və 1500 AZN məbləğində cib xərcliyi qazandı.

Bakı 2015-in Şanslı qalib kampaniyası onlayn bilet alan yerli tamaşaçılar üçün rəsmi tərəfdaşların təqdim etdiyi xüsusi hədiyyələr üçün keçirilir. Növbəti qaliblər P&G-dan illik məhsul tədarükü, Nar Mobile-dan ömürlük danışıq paketi və Tissotun xüsusi hazırladığı, kişi və qadın saatlarını əldə edəcəklər. Bütün mükafatlara Bakı 2015 Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinə iki yerlik bilet də daxildir.

Şanslı qalib, Xanım Abdullayeva sevincini bölüşərək dedi: "Şanslı qalib hədiyyəsini qazanmaq həyata keçmiş arzu deməkdir. Nyu Yorka səyahət etmək imkanı insana həyatda bir dəfə verilən şans kimidir. Lakin bundan öncə, Birinci Avropa Oyunları və mərasimləri bizi gözləyir. Mən, AZAL və Bakı 2015-ə təşəkkürümü bildirirəm".

Azərbaycan Hava Yolları QSC-nın prezidenti Cahangir Əsgərov bildirdi: "Azərbaycan Hava Yolları Birinci Avropa Oyunlarının rəsmi tərəfdaşı olmaq və açılış mərasimindən də əvvəl öz rolunu oynamaq istəyir. Biz, qalibin NyuYork şəhərinə səyahətdən və Bakı 2015 mərasimlərində iştirakdan məmnun qalaraq, Azərbaycan üçün bu tarixi anın əhəmiyyətini daha da artıracağına əminik.

Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq Şanslı qalib kampaniyasının ilk nəticəsi barədə bunları deyib: "Mən, Xanım Abdullayevanı 2015-in ilk Şanslı qalibi olması münasibətilə təbrik etmək istəyirəm. Bu təbliğat, Bakı 2015 möcüzəsini Oyunlar başlamazdan əvvəl tamaşaçılara çatdırır və biz, Azərbaycan Hava Yollarına bu ilk tədbirə ictimaiyyətin cəlb olunması üçün göstərdiyi davamlı dəstəyə görə minnətdarlığımızı bildiririk".

Xəbər 794 dəfə oxundu.