AİPS-in 77-ci Konqresi Azərbaycanda keçiriləcək!
Həftəsonu Avstriyanın İnsburq şəhərində Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) 75-ci Konqresi baş tutub. İdman.com.az saytının məlumatına görə, toplantıda mühüm məsələlər müzakirə olunub.

Bizə ən əhəmiyyətlisi, 2014-cü ildə təşkil ediləcək Konqresin Azərbaycanda keçirilməsinə etimaddır. Yığıncaq üzvlərinin yekdil qərarına əsasən, AİPS-in 77 Konqresi ölkəmizdə təşkil olunacaq. Başqa bir önəmli məqam odur ki, bu, beynəlxalq təşkilatın 90 illik yubileyinə təsadüf edəcək.

Sözü gedən toplantıda Azərbaycanı Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə və Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) prezidenti Eldar İsmayılov təmsil edib.
Qeyd edək ki, Konqresin növbəti toplantısı gələn il Soçi şəhərində baş tutacaq.

Xəbər 2494 dəfə oxundu.