Simurq İnterə, Neftçi Sumqayıta qarşı
Bu gün Topaz Premyer Liqasında 32-ci tura start verilir. İlk oyun günündə iki görüş baş tutacaq,

Turun açılış oyunu Zaqatalada baş tutacaq. Burada yerli “Simurq” “İnter”i qəbul edəcək. İlk oyun gününün digər görüşündə “Neftçi” “Sumqayıt”la qarşılaşacaq.

Topaz Premyer Liqası
32-ci tur
1 may

17:00. “Simurq” – “İnter”
Hakimlər: Fariz Yusifov, Cavanşir Yusifov, Vüsal Qənbərov, İnqilab Məmmədov.
Zaqatala şəhər stadionu.

20:00. “Neftçi” – “Sumqayıt”
Hakimlər: Orxan Məmmədov, Akif Əmirəli, Kamran Bayramov, Ramil Əhmədov.
Bakı. “Bakcell Arena”.

Turun digər oyunları sabah keçiriləcək: 17:00. “Bakı” – “Xəzər Lənkəran”, 19:00. “Qəbələ” – “Qarabağ”.

Bombardirlər:
13 - Nurlan Novruzov ("Bakı").
12 - Draqan Çeran ("Simurq").
10 - Cavid Hüseynov ("Qəbələ"), Nikolas Kanales ("Neftçi").
9 - Reynaldo Silva ("Qarabağ"), Məhəmməd Qurbanov (“Sumqayıt”).
8 - Freddi Mombonqo (AZAL), Mikel Alvaro (“İnter”), Junior Nildo ("İnter").
7 - Rəşad Eyubov ("Simurq").

Xəbər 753 dəfə oxundu.