Bakı zonası üzrə məktəblilər arasında stolüstü tennis turniri keçirilib
Azərbaycan Stolüstü Tennis Federasiyasının dəstəyi və “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə birinci Avropa Oyunlarının proqramına daxil edilmiş stolüstü tennisin məktəblilər arasında təbliği məqsədilə Bakı zonası üzrə komanda turniri keçirilib.

“Şüa” İdman Sağlamlıq Kompleksində keçirilən turnirdə “Təhsil” Respublika İdman Mərkəzi 4, Qaradağ rayonu 5, Nizami rayonu 2 və Nərimanov rayonu 1 komanda ilə təmsil olunub. Yarışda ümumilikdə 50 oğlan və 24 qız idmançı mübarizə aparıb.

Qalib komandalar “Təhsil” Respublika İdman Mərkəzinin diplom, medal və kubokları ilə təltif olunub.

Mayın 1-3-də Salyanda, 5-7-də Gəncədə, 9-11-də Şəkidə, 13-15-də Şirvanda, 17-19-da isə Sumqayıtda zona yarışları keçiriləcək.

Xəbər 1109 dəfə oxundu.