Oğlanlar və qızlar arasında atletika üzrə Bakı birinciliyi keçirilib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda oğlanlar və qızlar arasında atletika üzrə Bakı birinciliyi keçirilib.Birincilikdə 115 idmançı mübarizə aparıb.

Qızlar arasında birinci yerə 100 metr məsafədə Yelena Pextireva (Təhsil -5), 200 metr məsafədə Yelena Pextireva (Təhsil-5), 400 metr məsafədə Nika Məmmədova (Təhsil-5), 800 metr məsafədə Aidə Hacıyeva (Məhsul İC), 1500 metr məsafədə Aidə Hacıyeva (Məhsul İC), yadro növü üzrə Fatimə Musayeva (Təhsil RİM), uzunluğa tullanmada Arzu Şükürova (Ümid İK) çıxıblar.

Oğlanların yarışında isə 100 metr məsafədə Riyad Quluzadə (Atletika), 200 metrdə Qadir Qurbanov (Təhsil-1), 400 metr məsafədə İlham Abışov (Təhsil-5), 800 metrdə Rüstəm Seyidov (Təhsil-1), 1500 metr məsafədə Rüstəm Seyidov (Təhsil-1), yadro növü üzrə Nurəhməd Babayev (Təhsil-1), üçtəkanla tullanmada Güvən Məmmədov (Təhsil-5), uzunluğa tullanmada Füzuli Talıbov (Neftçi İKİB) qalib adlarına layiq görülüblər.

İlk üç yeri tutan idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Xəbər 989 dəfə oxundu.