Mərhələ yarışlarında 700-ə yaxın ağır atlet mübarizə apardı
“Zirvə” Beynəlxalq İdman Klubunun 2-ci mərhələ yarışlarına start verilib. İlk olaraq klubumuzun Azərbaycandakı filialları arasında keçirilən çempionatda 664 ağır atlet iştirak edib. Bu, yeni bir rekorddur. Klubumuz kəmiyyəti yüksək saxlamaqda davam edir.

Yarışların gedişi göstərdi ki, keyfiyyət göstəriciləri artmaqdadır. Məşqçi və mütəxəsislərimizin dediklərinə əsasən gənc ağır atletlər hər yarışdan-yarışa nəticələrinin üzərinə əlavələr edirlər. Bu da bizi sevindirməyə bilməz.

Çempionatlara 2007, 2006, 2005, 2004, 2003, 2002, 2001, 2000, 1999, 1998, 1997 -cı il və daha böyük yaşlı oğlan və qızlar buraxılırdılar.
Yarışlar 21-28 aprel 2015-cü il tarixində 4 region üzrə keçirildi. 21-22 apreldə Lənkəranda ümumilikdə 287, 24 apreldə Samuxda 161, 27 və 28 aprel tarixlərində Xırdalanda baş tutan yarışlarda 93 Neftçala, 123 Abşeron zonası üzrə atlet körpücük üzərinə çıxdı.

Xəbər 1080 dəfə oxundu.