La Sexta:"Verratti Reala keçməyə razılıq verdi"
Tanınmış ispan jurnalist Xose Feliks Dias El Chiringuito verilişinin efirində Marko Verrattinin Reala keçməyə razılıq verdiyini söyləyib.

«Verratti Ançelottiyə razılıq verib. Real əvvəlcə Poqba variantı üzərində işləyirdi. Lakin onun agenti Mino Rayola ilə konfliktdən çəkinərək bu fikrindən daşınıb».
Ançelotti və Verratti yaxşı tanışdırlar. İtalyan mütəxəssis onu ötən il komandaya gətirmək istəyirdi. Lakin o zaman PSG imkan verməmişdi. İndi isə klub futbolçunu satmağa razıdır», – deyə Dias bildirib.

Verrattinin Reala transfer dəyəri 40 milyon avro təşkil etməlidir.

Xəbər 887 dəfə oxundu.