Pərviz Qasımzadə: Çox şadam ki, birinci Avropa Oyunlarının məşəl estafetinə qoşulanlardan biri də mənəm
Çox şadam ki, birinci Avropa Oyunlarının məşəl estafetinə qoşulanlardan biri də mənəm.

Bu sözləri Lənkəranda Alov festivalı ilə bağlı fikirlərini bölüşən məşəlçilərdən biri - yunan-Roma güləşi üzrə 1997-ci ildə dünya, 1999-cu ildə Avropa çempionu olmuş, beynəlxalq dərəcəli idman ustası Pərviz Qasımzadə söyləyib.

Pərviz Qasımzadə deyib: “Bir vaxtlar yunan-Roma güləşi ilə məşğul olmuşam. Gənclər arasında dünya və Avropa çempionluğunun sevincini yaşamışam. Bugünkü tədbir məni sanki o günlərə, yaşadığım o gözəl anlara qaytardı. Bütün ömrüm boyu mənim üçün bu anlar ən əziz xatirələrdən biri olacaq”.

Xəbər 869 dəfə oxundu.