Milli komandamız Fələstin futbolçuları ilə görüşəcək
Azərbaycan milli komandasının yoldaşlıq oyunundakı növbəti rəqibi müəyyənləşib. İdman.com.az saytının məlumatına görə, Berti Foqtsun rəhbərlik etdiyi komandamız fevralın 29-da Fələstin yığması ilə yoldaşlıq oyunu keçirəcək. Qarşılaşma Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutacaq.
Qeyd edək ki. yığmamız tarixində ilk dəfə Fələstinlə görüşəcək.

Xəbər 933 dəfə oxundu.