“Rabitə” voleybolçusu “Qalatasaray” keçdi
Ötən mövsüm Bakının “Rabitə” voleybol klubu ilə Azərbaycan çempionu olan Marina Miletiç özünə yeni klub tapıb. İdman.com.az saytı xəbər verir ki, xorvatiyalı legioner “Qalatasaray” komandasına transfer olunub.

O, “sarı-qırmızılar”la mövsümün sonunacan müqavilə imzalayıb.
Qeyd edək ki, 29 yaşlı voleybolçu “Rabitə”dən Türkiyənin 2-ci liqa komandası olan “Sarıyer Bələdiyyə”sinə keçsə də, burada cəmi 3 ay oynayıb.

Xəbər 924 dəfə oxundu.