Boks üzrə respublika birinciliyi
24-28 aprel tarixlərdə I Avropa Oyunlarının Proqramına daxil edilmiş idman növlərinin məktəblilər arasında təbliğinə həsr olunmuş boks üzrə 2002-2003-cü il təvəllüdlü oğlanlar arasında Biləsuvar rayonunda keçirilən respublika zona birinciliyində Astara uşaq gənclər İdman məktəbinin komandası iştirak edib.

Rayonumuzu təmsil edən idmançılardan 6 nəfər fəxri yerləri qazanıb.

Qaliblər yarışların may ayında keçirilən final mərhələsində iştirak etmək hüququ qazanıblar.

Xəbər 1023 dəfə oxundu.