Futzal üzrə Azərbaycan millisi Moldova klubuna böyük hesabla qalib gəlib
Futzal üzrə Azərbaycan milli komandası Moldovada yoldaşlıq oyunu keçirib.

Kişineunun “Atletiko” klubu ilə qarşılaşan millimiz 7:1 hesabı ilə qələbə qazanıb.

Futzalçılarımızdan Ramiz Çovdarov və Vahib Xodjayev dubl ediblər. Namiq Məmmədkərimov, Fərid Atakişiyev və Sami Həmzəyev isə hərəyə bir dəfə fərqləniblər

Xəbər 796 dəfə oxundu.