“Bavariya” vaxtından əvvəl Almaniya çempionu oldu
Almaniyanın “Bavariya” klubu əsas rəqibinin məğlubiyyətindən sonra rəqibləri üçün əlçatmaz oldu.

“Bavariya” 2014/2015-ci il mövsümündə vaxtından əvvəl çempionluğa imza atıb. Bu, münhenlilərin ölkə çempionatında dalbadal üçüncü qələbəsidir. Xosep Qvardiolanın yetirmələri 30-cu turda ən yaxın izləyiciləri “Volfsburq” komandasının “Borussiya” klubuna 0:1 hesabı ilə uduzması nəticəsində ilk yeri özləri üçün təmin ediblər.

Çempionatın sonuna dörd tur qalmış “Bavariya” “Volfsburq”u 15 xal qabaqlayaraq 76 xalla turnir cədvəlinə başçılıq edir. Hazırda klubun aktivində 25 ölkə çempionluğu və 16 Almaniya kuboku yer alır.

Bundan başqa, Çempionlar Liqasında da mübarizəni davam etdirən “Bavariya” yarımfinalda İspaniyanın “Barselona” klubu ilə qarşılaşacaq.

Xəbər 780 dəfə oxundu.