Final matçının nominal meydan sahibi müəyyənləşdi
Azərbaycan Kuboku uğrunda final görüşünün nominal meydan sahibi müəyyənləşib. Bu gün klub nümayəndələrinin iştirakı ilə keçirilən püşkatmada Qəbələ şəhər stadionunda baş tutacaq final oyununda “Qarabağ”ın meydan sahibi, “Neftçi”nin isə qonaq qismində iştirak edəcəyi məlum olub.

Qeyd edək ki, 3 iyunda reallaşacaq final oyunu saat 20:00-da başlanacaq.

Xəbər 805 dəfə oxundu.