Futzal üzrə Azərbaycan millisi beynəlxalq turnirə qələbə ilə başlayıb
Moldovanın paytaxtı Kişineuda təşkil olunan futzal üzrə beynəlxalq turnirdə Azərbaycan milli komandası ilk oyununu keçirib.

Millimiz Rumıniya regional yığması ilə qarşılaşıb. Qarşılaşma 6:3 hesabı ilə millimizin xeyrinə başa çatıb.

Komandamızın heyətində Samir Həmzəyev iki, Vitali Borisov, Namiq Məmmədkərimov, Vahib Xodjayev və Zeynal Zeynalov isə bir dəfə fərqləniblər.


Xəbər 846 dəfə oxundu.