Azərbaycan samboçuları Avropa birinciliyində altı medal qazanıblar
Serbiyanın Novi Sad şəhərində yeniyetmə və gənclər arasında keçirilən sambo üzrə Avropa birincliyində Azərbaycan millisi 6 medal qazanıb.

Turnirdə yeniyetmələr arasında Rəşad Dünyamalıyev (52 kq) qızıl, Namiq Abbaslı (56 kq) gümüş, Eyvaz Baxşıyev (48 kq) və Elvin Cəlilov (70 kq) bürünc medal qazanıblar.

Gənclərin mübarizəsində isə Kamran Əsgərov (62 kq) ermənistanlı rəqibi Volodya Sarkisyana qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yer alıb. Fərid Qardaşxanov (57 kq) isə birinciliyi üçüncü pillədə başa vurub.

AZƏRTAC


Xəbər 1804 dəfə oxundu.