Para-taekvondo üzrə 4-cü Avropa çempionatında milli komandamız aktivinə 7 medal
20 apreldə Moldovanın Kişinyov şəhərində təşkil edilən para-taekvondo üzrə 4-cü Avropa çempionatında milli komandamız aktivinə 7 medal əlavə edib.

15 ölkədən 89 idmançının qatıldığı qitə çempionatına millimizin üzvlərindən Nicat Müslümov (-75 kq), Rövşən Qəhrəmanlı (-61 kq), Aleksandr Polişuk (+75 kq) qızıl medal qazanaraq fəxri kürsün ən yüksək pilləsinə qalxıb.

Namiq Abbasov (-61 kq) və Röyalə Fətəliyeva (-49 kq) final döyüşündə rəqibinə məğlub olaraq yarışı ikinci pillədə başa vurub.Digər təmsilçilərimizdən Anar Hüseynov (-61 kq) və Vüqar Adışirinov (+75 kq) bürünc medala layiq görülüblər.

Komandamız kişilər arasında və ümumi komandalar arasında 3-cü yerə layiq görüldü.Para-taekvondoçularımız vətə 22 apreldə dönəcək.

Xəbər 964 dəfə oxundu.