“Rəvan”da yeni məşqçi
“Rəvan” heyətinə yeni məşqçi cəlb edib. İdman.com.az xəbər verir ki, Unibank Premyer Liqasının debütantı çex Aleş Pitanı Bakıya dəvət edib. Mütəxəssis, “Rəvan”da fiziki hazırlıq üzrə məşqçi funksiyasını yerinə yetirəcək. Pitan əvvəllər “Sparta” (Praqa) və “Teplitse” kimi klublarda çalışıb.

Xəbər 915 dəfə oxundu.