Sumqayıtda güllə atıcılığı üzrə şəhər çempionatına yekun vurulub
Aprelin 17-də Sumqayıt Paralimpiya İdman Kompleksində keçirilən ali, orta ixtisas və texniki peşə liseylərinin tələbələri arasında pnevmatik silahdan güllə atıcılığı üzrə Sumqayıt şəhər çempionatı keçirilib.

Yekun nəticələrə görə Kəbinə Baxışova, Afiyəddin Fərəczadə və Vüsal Məmmədovdan ibarət olan Sumqayıt Dövlət Texniki Kollec (76 xal) birinci yerə, Sumqayıt Dövlət Universiteti (68 xal) və 3 saylı Texniki Peşə Liseyinin (44 xal) komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər.

Sonda müvafiq yerləri tutan komandalara Gənclər və İdman Baş İdarəsi tərəfindən kubok və fəxri fərman təqdim edilib.

Xəbər 889 dəfə oxundu.