Bakı 2015 Alov səyahətinin marşrutunu açıqlayır və Məşəlin dizaynını təqdim edir
Bu gün Bakı 2015 Avropa Oyunları 26 aprel tarixində Atəşgah məbədində keçiriləcək mərasimlə başlayacaq Alov Səyahətinin marşrutunu açıqladı və Məşəlin və Çırağın dizaynını ictimaiyyətə təqdim etdi.

Azərbaycanın ecazkar təbiətinin, zəngin mədəniyyətinin və tarixi irsinin təbliğ olunacağı təntənəli mərasimlərlə müşaiyət olunacaq alov, ölkə boyunca 60 rayon və səyahət edərək Oyunların ruhunu yayacaq və insanların qəlblərini isidəcək.

Bakı 2015-in məşəli aprelin 26-da, bazar günü, “Odlar Yurdu” Azərbaycanın qədim və müqəddəs Atəşgah məbədində alovlandırılacaq. Alov 47 gün sonra, iyunun 12-də təşkil olunacaq açılış mərasiminədək təxminən 5500 km məsafəni səyahət edəcək.

Məşəl Azərbaycan xalqının 99%-nin bir saatlıq gəzintiyə sərf etdiyi vaxt qədər səyahət edəcək və marşrut boyunca minlərlə insanın gündəlik tədbirlərə qatılacağı gözlənilir.

Azərbaycan Respublikasının gənclər və idman naziri, Bakı 2015-in baş icraçı direktoru Azad Rəhimov məşəlin səyahəti ilə bağlı aşağıdakıları bildirib: “Avropa Oyunları Avropa idmanı və Azərbaycan üçün tarixi hadisədir. Bu, ölkəmizin Avropa ailəsinin müstəqil, gələcəyə ümidlə baxan bir üzvü kimi, inkişafına böyük təsir göstərəcək. Özünəməxsusluğu ilə fərqlənəcək bu səyahət 60 rayon və şəhərdən keçərək, Azərbaycanın tarixi, təbii imkanları, idman və mədəni sahədəki uğurlarını nümayiş etdirəcək”.

Bakı 2015-in Mərasimlər üzrə direktoru Katerina Uqvu isə əlavə edib ki, Alov səyahəti Avropa Oyunlarına gedən yolda yüksək əhval-ruhiyyənin və marağın yaranmasına səbəb olacaq. Səyahət bundan sonra baş verəcək hadisələrin gedişatını müəyyən edəcək.

Səyahət zamanı ümumilikdə, 1000-dən çox məşəlçi iştirak edəcək. Məşəl yer üstündə avtobus, funikulyor, velosiped; yer altında Bakı metrosu; suda qayıq; havada isə təyyarə ilə daşınacaq.

Məşəl - Azərbaycan mədəniyyətinin simvolu

Bakı 2015-in məşəl və çırağını “Yarat”ın bədii rəhbərliyi ilə Sebastian Berqne dizayn edib. Onlar ənənəvi Azərbaycan metal işləmələrindən ilhamlanmış materiallar və texnikaların istifadə edilməsi ilə çox gözəl dizayn edilib, işlənib və hazırlanıb.

660 mm hündürlüyü olan məşəlin gövdəsi Bakı 2015 brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır - onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.

Alov hər məntəqədə Məşəl və Oyunların brendindən götürülmüş, nar ağacı motivləri əsasında Azərbaycanın milli-mədəni dəyərlərini əks etdirərək hazırlanmış neftlə yanan çıraqlara ötürüləcək.

Siz Alovun səyahətini aprelin 26-dan Baku2015.com saytında izləyə bilərsiniz.

Xəbər 1105 dəfə oxundu.