Çempionlar Liqası yarışlarının ilk yarımfinalçıları Barselona və Münhendə müəyyənləşəcək
Bu gün futbol üzrə Çempionlar Liqası yarışlarında dörddəbir final mərhələsinin cavab oyunları keçiriləcək.

“Nou Kamp”da İspaniyanın “Barselona” komandası Fransanın PSJ klubunu qəbul edəcək. Komandalar arasında Fransada təşkil olunan ilk oyunda İspaniya təmsilçisi 3:1 hesabı ilə qalib gəlmişdi.

Münhendəki “Alyans Arena”da isə Almaniyanın “Bavariya” və Portuqaliyanın “Portu” kollektivləri üz-üzə gələcək. İlk görüşdə əzmkar oyun nümayiş etdirən “Portu” rəqibindən 3:1 hesabı ilə üstün olmuşdu.


Xəbər 773 dəfə oxundu.