Bu gün Azərbaycan kubokunda finalçılar müəyyənləşəcək | |
Bu gün Azərbaycan kubokunda finalçılar müəyyənləşəcək. Buna yarımfinal mərhələsinin cavab oyunlarından sonra aydınlıq gələcək. Günün ilk qarşılaşması Zaqatalada baş tutacaq. Burada yerli "Simurq" klubu "Qarabağ"ı qəbul edəcək. Səfərdə rəqibinə 0:1 hesabı ilə məğlub olan "Simurq" finala yüksəlmək üçün bu oyunda 2 top fərqi ilə qalib gəlməlidir. Ağdam təmsilçisini isə bu görüşdə istənilən heç-heçə də qane edəcək. Son qarşılaşmada "İnter" və "Neftçi" münasibətlərinə aydınlıq gətirəcək. Səfərdə rəqibinə 0:2 hesabı ilə uduzan Kaxaber Sxadadzenin komandası həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. "Neftçi" isə ən azı ilk görüşdəki üstünlüyünü qorumaqla finala adlamaq niyyətindədir. Paytaxt derbisindən hansı komandanın qalib ayrılacağı maraqla gözlənilir. |
|
Xəbər 773 dəfə oxundu. |
|
|