2-ci mərhələyə start verilir
“Zirvə” Beynəlxalq İdman Klubunun 2-ci mərhələ yarışlarına start verilir. İlk olaraq klubumuzun Azərbaycandakı filialları arasında keçiriləcək çempionatda 600-dən çox ağır atletin iştirakı gözlənilir.

Yarışlar 21-28 aprel 2015-cü il tarixində 4 region üzrə keçiriləcəkdir. 21-22 aprel Lənkəran, 24 aprel Samux, 27 aprel və 28 aprel tarixlərində Xırdalanda baş tutacaq yarışlar böyük marağa səbəb olacaqdır.

Yarışa 2007, 2006, 2005, 2004, 2003, 2002, 2001, 2000, 1999, 1998, 1997 -cı il və daha böyük yaşlı oğlan və qızlar buraxılırlar.

Xəbər 900 dəfə oxundu.