Yeniyetmə karateçilərimiz Konyada V Rumi Uşaq oyunlarında iştirak edəcəklər
Karate üzrə yeniyetmələrdən ibarət seçmə komandamızın 10 üzvü Konyada V Rumi Uşaq oyunlarında iştirak edəcəklər.

Yeniyetmələrin böyük məşqçisi, əməkdar məşqçi Anar Allahverdiyevin rəhbərliyi ilə yarışa yollanan idmançılardan 9 karateçi kumite, biri isə kata üzrə mübarizəyə qatılacaq.

Oğlanlardan Hümmət Balakişiyev (52 kq), Anar Novruzov (57 kq), Əbülfəz Rəhimov (63 kq), Əli Quliyev (70 kq), Niyazi Məmmədov (70 kq-dan yuxarı), qızlardan isə İnci Əzizova (47 kq), Mədinə Sadıqova (47 kq), Emiliya Mitilimova (54 kq) və Bəsti İsmayılova (54 kq-dan yuxarı) tatamiyə çıxacaqlar. Ceyhun İsmayılov kata yarışlarında çıxış edəcək.

İdmanın 10 növü üzrə keçiriləcək V Rumi Uşaq oyunlarına yollanan nümayəndə heyətinə Azərbaycan Milli Karate Federasiyasının baş katibi Mircabbar Seyidov rəhbərlik edəcək.

Komandamız aprelin 24-də Bakıya qayıdacaqlar.

Xəbər 865 dəfə oxundu.