Azərbaycanın K-1 döyüşçüsü “Global Fighting Championship 3” turnirinin qalibi olub
Azərbaycanın K-1 döyüşçüsü Zabit Səmədov Dubayda keçirilən “Global Fighting Championship 3” turnirinin qalibi olub.

31 yaşlı idmançımız ardıcıl iki görüşdə qalib gəlməklə yarışın fəxri mükafatına sahib olub.

Qaydalara əsasən, 4 idmançının təmsil olunduğu turnirdə qaliblər finalda əsas mükafat uğrunda yarışıblar. Yarımfinalda şotlandiyalı Stiv Makkinnonu üstələyən idmançımız finala adlayıb. Həlledici mərhələdə Z.Səmədov Konqo-Almaniya əsilli Danyo İlunqa ilə üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə qalib gələn Z.Səmədov “Global Fighting Championship 3” turnirinin qalibi olub.

Xəbər 785 dəfə oxundu.