ATF kimlərə şans verdi?
Azərbaycan taekvondoçuları 27-29 yanvarda Rusiyanın Qazan şəhərində London Yay Olimpiya Oyunlarına son lisenziyalar uğrunda Avropa Təsnifat Turnirinə yollanmağa hazırlaşır. Azərbaycan Taekvondo Federasiyasından idman.com.az saytına verilən məlumata görə, milli komandamızın məşqçilər heyətinin qərarı ilə yarışda iştirak edəcək Təvəkkül Bayramov (+80 kq) və Günay Ağakişiyeva (57 kq) yanvarın 23-də səfərə edəcək və 8 gün sonra Vətənə dönəcəklər.

Bu turnir taekvondoçularımızın London olimpiadasına lisenziya əldə etmələri üçün son imkandır. Artıq iki dayanq ustamız - Ramin Əzizov (80 kq) və Fəridə Əzizova (67 kq) London Yay Olimpiya Oyunlarına vəsiqəni təmin ediblər.

Qeyd edək ki, bir neçə gün öncə Dünya Taekvondo Federasiyası (WTF) tərəfindən Azərbaycan Taekvondo Federasiyasının l vitse-prezidenti Füzuli Musayev yarışa Nəzarət komissiyasının üzvü təyin olunub.

Xəbər 1264 dəfə oxundu.