Azad Mustafayev: “Bu çempionatda bütün atletlərin çıxışları beynəlxalq normalara və qaydalara uyğun olub”
Azərbaycanın ağır atletləri Tbilisidə keçirilən Avropa çempionatında 9 medal qazanıblar. Azərbaycan idmançıları ağıq atletika üzrə Tbilisidə keçirilən Avropa çempionatında uğurlu çıxış ediblər. Atletlərimiz bu çempionatda müxtəlif hərəkətlər üzrə 7 qızıl və 2 bürünc medal qazanıblar.

Atletlərimizin bu çıxışları idman ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilib.

Bu mötəbər yarışın hakimlər heyətinin üzvü, Azərbaycanın Əməkdar Məşqçisi, Beynəlxalq dərəcəli hakim Azad Mustafayev deyib: “Bu çempionatda bütün atletlərin çıxışları beynəlxalq normalara və qaydalara uyğun olub. Azərbaycan atletlərinin heç birinin çıxışında qayda pozuntusu qeydə alınmayıb. Bu da atletlərimizin yarışa ciddi hazırlıqlarının və məsuliyyətlə yanaşmalarının, eləcə də yüksək intizamın göstəricisidir.

Qeyd edək ki, aprelin 16-da Azərbaycan atletlərinin Avropa çempionatındakı çıxışları başa çatıb.

AzərTAc

Xəbər 1708 dəfə oxundu.