“Shamkir Chess 2015”-də 3 tur başa çatıb
Bu gün beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” turnirində 4-cü tur start götürəcək.

Turnirin 3-cü günündə Fransa təmsilçisi Maksim Vaşe Laqravala sülh bağlayan Şəhriyar Məmmədyarov bu turda qara fiqurlarla Hollandiyalı Aniş Qiri ilə üz-üzə gələcək.

Digər təmsilçimiz Rauf Məmmədov (2658) isə 3-cü heç-heçəsini sabiq dünya çempionu rusiyalı qrossmeyster Vladimir Kramniklə edib. R.Məmmədovun 4-cü turda rəqibi ABŞ şahmatçısı Uesli So olacaq.

4-cü turun digər qarşılaşmaları belədir: Maykl Adams-Maqnus Karlsen, Maksim Vaşye-Laqrav-Fabiano Karuana, Vladimir Kramnik – Vişvanatan Anand

3 turdan sonra Maqnus Karlsen, Uesli So - 2,5, Vladimir Kramnik 2, Vişvanatan Anand, Rauf Məmmədov, Maksim Vaşye-Laqrav 1.5, Fabiano Karuana, Şəhriyar Məmmədyarov və Aniş Giri 1,Maykl Adams isə 0.5 xal toplayıb.

Xəbər 740 dəfə oxundu.