Gənc cüdoçularımız Avropa kuboku yarışlarında 4 medal qazanıblar
Sankt-Peterburqda gənclər arasında cüdo üzrə Avropa kuboku yarışlarında Azərbaycan milli komandası 4 medal qazanıb.

Turnirin tamaşaçıları 55 kiloqram çəki dərəcəsində Azərbaycan finalının şahidi olublar. Qızıl medal uğrunda görüşdə Natiq Qurbanlı Sadiq Məhərrəmova qalib gəlib. Milli komandamızın digər üzvü Hidayət Heydərov (66 kq) da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Turnirdə 90 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Vasif Şərbətli yarışı üçüncü pillədə başa vurub.




Xəbər 913 dəfə oxundu.