AGF Kuboku son gün: 5 qızıl, 1 gümüş və 3 bürünc medal
Heydər Əliyev adına İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir başa çatıb. Bu dəfəki turnir iyun ayında Bakıda keçiriləcək ilk Avropa Oyunlarının güləş yarışlarına test xarakteri daşıyıb.

Turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Ukrayna, İran, Özbəkistan, Gürcüstan, Slovakiya, Türkmənistan, Macarıstan, Qazaxstan, Qırğızıstan, Rusiya, Belarus və Türkiyə güləşçiləri iştirak edib.

Turnirin son günündə gənclər arasında sərbəst güləş üzrə 148 pəhləvan mübarizə aparıb. Güləşçilərimiz 5 qızıl, 1 gümüş və 3 bürünc medala sahib olub. Komanda hesabında Azərbaycan birinci, Türkiyə ikinci, Rusiya yığması isə üçüncü yeri tutub.

50 kq
FİNAL - Zalimxan Maqomedsultanov (RUS) - Boranqaliov (KAZ) 10:8
Bürünc medal görüşü - Robert Dinqaşvili (GEO) - Arif Hüseynov 3:1
Bürünc medal görüşü - Şəhriyar Salmanov - Ali Reza Qoodarzi (İRİ) 8:18 74 kq
FİNAL - Muhammed Akdeniz (TUR) - Murad Süleymanov 2:12
Bürünc medal görüşü - E.Tilem (KAZ) - Sayakbay Usubov (KGZ) 6:12
Bürünc medal görüşü - Məhəmmədhacı Muxutov - Ahmet Erturk (TUR) 2:10
55 kq
FİNAL - Mahir Əmiraslanov - Ruslan Qasımov 7:5
Bürünc medal görüşü - Mekan Orazov (TKM) - Younes Emamçeqani (İRİ)
Bürünc medal görüşü - Ruslan Surxayev - Muslim Sadullayev (RUS) 4:1 84 kq
FİNAL - Hacımurad Məhəmmədsəidov - Mustafa Sessiz (TUR) 11*:11
Bürünc medal görüşü - Məhəmmədrəsul Qazıməhəmmədov - Axra Cengeniya 12:8
Bürünc medal görüşü - Elçin Məmmədov - Arsen Musalaliyev (RUS)
60 kq
FİNAL - Vurğun Əliyev - B.Torebek (KAZ) 6:2
Bürünc medal görüşü - Əli Rəhimzadə - Adam Qeri Mejedov (RUS) 0:2
Bürünc medal görüşü - Giorgi Sulava (GEO) - Mehmet Erzincanlı (TUR) 5:0 96 kq
FİNAL - Givi Matçaraşvili (GEO) - Aykut Işık (TUR)
Bürünc medal görüşü - Turxan Qurbanov - B.Almentay (KAZ) 3:3*
Bürünc medal görüşü - Kristof Vitthamann (HUN) - İlderiz Savran (TUR)
66 kq
FİNAL - Tayqib Qasanov (RUS) - Enes Uslu (TUR) 11:14
Bürünc medal görüşü - Mehmet Volkan Asan (TUR) - Teymur Məmmədov 0:6
Bürünc medal görüşü - İmam Qusaino (RUS) - Jamal Ebadi (İRİ) 5:7 120 kq
FİNAL - Səid Həmidov - Asadulla İbraqimov (RUS) 5:0
Bürünc medal görüşü - Yunus Emre Dede (TUR) - Həmzətxan İsrafilov 3:0
Bürünc medal görüşü - Hüseyin Civelek (TUR) - Laşa Jeladze (GEO) 6:3

Xəbər 830 dəfə oxundu.