Klubların nümayəndələri ilə görüş keçirilib
Bu gün AFFA-nın inzibati binasında növbəti mövsüm UEFA-nın yarışlarında və Topaz Premyer Liqasında çıxış etmək üçün lisenziya almaq məqsədilə müraciət etmiş klubların nümayəndələri ilə görüş keçirilib.

Klubların rəhbər şəxslərinin və maliyyə üzrə mütəxəssislərinin iştirak etdiyi görüşdə baş katib Elxan Məmmədov çıxış edib, lisenziyalaşdırma prosesi, o cümlədən maliyyə Fair Play-i ilə bağlı məsələlər ətraflı müzakirə olunub, klublara müvafiq tövsiyələr verilib.

Xəbər 858 dəfə oxundu.