İlk turda Ş.Məmmədyarov F.Karuana,R.Məmmədov isə M.Vaşe-Laqravla qarşılaşacaq
Bu gün Synergy şirkətinin sponsorluğu ilə Şəmkirdə Azərbaycanın görkəmli şahmatçısı beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess 2015” beynəlxalq şahmat turniri start götürür. Super turnirdə hazırkı dünya çempionu Maqnus Karlsen, sabiq dünya çempionları - Vişvanatan Anand, Vladimir Kramnik, həmçinin Fabiano Karuana, Aniş Giri, Uesli So, Maksim Vaşye-Laqrav, Şəhriyar Məmmədyarov və Rauf Məmmədov iştirak edəcəklər.

Püşkatmanın nəticələrinə görə, birinci turda Maqnus Karlsen- Vişvanatan Anand, Şəhriyar Məmmədyarov -Fabiano Karuana, Rauf Məmmədov- Maksim Vaşye-Lagrav, Uesli So- Aniş Giri, Vladimir Kramnik- Maykl Adams ilə qarşılaşacaq.

Turnir 9 turdan ibarət olacaq və dairəvi sistem üzrə keçiriləcək.

Xəbər 867 dəfə oxundu.