U-21 «Dalğa Arena»da oynayacaq
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının keçirəcəyi növbəti oyunun baş tutacağı stadion müəyyənləşib. İdman.com.az saytı xəbər verir ki, millimizin oyunu AFFA Futbol Mərkəzindəki «Dalğa Arena»da olacaq. Bernard Lippertin komandası fevralın 29-da adı çəkilən stadionda İslandiya komandası ilə qarşılaşacaq.


Xəbər 899 dəfə oxundu.