"Neftçi" "Qəbələ" ilə oyuna 5 itki ilə çıxacaq
Premyer Liqanın 30-cu turunda "Neftçi" doğma meydanda "Qəbələ"ni qəbul edəcək. "Ağ-qaralar" bu matça 5 itki ilə çıxacaq.

Belə ki, yeni əməliyyat olunmuş Məqsəd İsayevlə, yanaşı zədəli Ernest Nfor, Flavinyo və "su çiçəyi" xəstəliyinə tutulan Rauf Əliyev bu matçda iştirak etməyəcək. Əsas heyət oyunçusu Əziz Quliyev də əzələsini dartıb, onun oynayıb oynamaycağı isə hələlik bilinmir.

Xəbər 740 dəfə oxundu.