Bakıda ilk Avropa Oyunlarına test xarakterli turnirin ikinci günündə gənc yunan-Roma güləşçiləri mübarizə aparırlar
Heydər Əliyev adına İdman Arenasında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir davam edir.

Bakıda keçiriləcək ilk Avropa Oyunlarına test xarakteri daşıyan turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Ukrayna, İran, Özbəkistan, Gürcüstan, Slovakiya, Türkmənistan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Belarus və Türkiyə güləşçiləri iştirak edirlər.

Turnirin proqramına əsasən, yarışın ikinci günündə gənc yunan-Roma güləşçiləri birincilik uğrunda mübarizə aparırlar.

Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaq.


Xəbər 829 dəfə oxundu.