Faiq Qarayev: Vəzifəmizi yerinə yetirmişik
“Biz “ölüm qrupu”na düşsək də, artıq 1/8 final mərhələsində yerimizi təmin etmişik”. İdman.com.az saytının məlumatına görə, bunu “Azərreyl”in baş məşqçisi Faiq Qarayev deyib.
Təcrübəli mütəxəssis Avropa Çempionlar Liqasının son turunda qarşılaşacaqları Rumıniya “Tomis”i ilə oyun barədə fikrini açıqlayıb. O bildirib ki, qrup mərhələsində hələ birinci olmaq şanslarını saxlayırlar:

“Biz hələ də qrupda birinci olmaq istəyirk. Əsas məqsədimizə gəlincə, əlbəttə bu, “dördlər finalı”na vəsiqə qazanmaqdır”.
Qeyd edək ki, “Azərreyl” V turdan sonra “Vəqfbank TTelekom”dan (Türkiyə) bir xal geri qalır. Əgər son turda “dəmiryolçular” “quru hesabla” qalib gələrlərsə, türkiyəlilər İtaliya “Foppapedertti”si ilə matçda xal itirərlərsə, Faiq Qarayevin komandası 1-ci pilləyə yüksələcəklər.

Xəbər 1024 dəfə oxundu.