Ən qədim avarçəkmə yarışında Oksford Kembrici yendi
Temza çayında Oksford və Kembric komandaları arasında akademik avarçəkmə üzrə ənənəvi ötüşmə yarışı keçirilib. 161-ci dəfə baş tutan yarış Oksfordun qələbəsi ilə yekunlaşıb.

Bununla da iki komanda arasında mübarizənin başladığı vaxtdan bəri Kembriclə fərq 2-yə enib. Hələlik Oksford 79, Kembric 81 yürüşün qalibi olub. 1877-ci ildə keçirilmiş daha bir yürüşdə isə heç-heçə qeydə alınıb. Ümumi qələbə sayında Kembric 1930-cu ildən öndədir. Amma son 3 yarışda Oksford qalib olub.

Qeyd edək ki, Temza reqatası Böyük Britaniyanın 5 ən populyar idman yarışı sırasındadır. Universitet yarışları ilk dəfə 1829-cu ildə Henlidə keçirilib. Bir neçə ildən sonra onu Londonun mərkəzinə keçiriblər. 1945-ci ildən ötüşmə Britaniya paytaxtının Patni şəhərciyində təşkil olunur.

Xəbər 2074 dəfə oxundu.