Moldovanın Kişinyov şəhərində G1
Ukrayna səfərindən 7 medalla qayıdan komandamız, bu gün geniş heyətlə Moldovanın paytaxtı Kişinyov şəhərinə yollanır.18 apreldə paytaxt Kişinyovda təşkil edilən G1 kateqoriyalı beynəlxalq turnirdə, millimizin 13 kişi və 10 qadın idmançısı qüvvəsini sıyacaq.

Kişilərdən ibarət milli komandanın baş məşqçisi Reza Mehmandoust, bu yarışda Vüsal Məmmədov (-54 kq),Fizam Mehtiyev (-54 kq),Məhəmməd Məmmədov (-63 kq),Kamil Abdulrrazakov (-63 kq),Sina Bahrami (-63 kq),Ayxan Tağızadə (-68 kq),Səid Quliyev (-74 kq),Elvin Məmmədov (-74 kq),İlkin Şahbazov (-74 kq), Milad Beigi Harchegani(-80 kq),Radik İsayev (-87 kq),Əhməd Mohammadi (+87 kq) və Ceyhun Həsənliyə (+87 kq) şans verəcək.

Qadın milli komandamızın baş məşqçisi Sun Mi Park isə Ceren Özbək (-49 kq),Nurgül Çelik (-49 kq),Patimat Abakarova (-49 kq),Lazara Caridad Valdes Povea (-53 kq),Günay Ağakişiyeva (-57 kq),Darya Şkurko (-62 kq),Fəridə Əzizova (-67 kq),Marina Tedeeva (-73 kq),Soheila Sayahi (-73 kq) və Parisa Kafael Mohammad Nejada(+73 kq) ehtimad göstərib.

Reytinq xarakterli turnir başa çatandan bir gün sonra , para-taekvondo üzrə 4-cü Avropa çempionatına start veriləcək.Qitə çempionatında isə 12 taekvondoçumuz medallar uğrunda mübarizəyə qoşulacaq.

Milli komandalarımız hər iki yarışa, Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Niyaməddin Paşayev və baş katib Həmdiyyə Məmmədovun rəhbərliyi ilə qatılaçaq.İdmançılarımız vətənə 19 apreldə dönəcək.

Xəbər 839 dəfə oxundu.