"Sumqayıt"ın iki üzvü əvəzedici heyətə göndərildi
Son dövrlər uğursuz nəticələri ilə yadda qalan "Sumqayıt"da klub rəhbərliyi iki futbolçunu əvəzedici heyətə göndərib. Millimizin üzvü Andrey Popoviç nizam-intizam qaydalarını pozduğuna görə, 21 yaşlılardan ibarət milli komandanın üzvü Orxan Əliyev isə istənilən oyunu göstərmədiyinə görə əvəzedici heyətə göndərilib.

Futbolçuların nə qədər müddətliyinə əsas heyətdən uzaqlaşdırıldığı məlum deyil. Xəbəri mətbuat xidmətindən də təsdiqləyiblər.

Bir müddət öncə də, hücumçu Pərdis Fərcad Azad da əvəzedici heyətə göndərildi.

Xəbər 751 dəfə oxundu.