Azərbaycan millisi ilk sınağında Gürcüstanla qarşılaşacaq
Bu gün Bakıda təşkil olunan UEFA-nın növbəti İnkişaf turnirinə start veriləcək.

16 yaşadək qadın futbolçulardan ibarət komandaların yarışında 4 yığma mübarizə aparacaq.

Azərbaycan millisi ilk sınağında Gürcüstanla qarşılaşacaq. "Bayıl Arena"da keçiriləcək oyun saat 16:00-da başlayacaq.

Qeyd edək ki, digər görüşdə Yunanıstan və Qazaxıstan milliləri üz-üzə gələcək.

16 aprel

16:00. Azərbaycan – Gürcüstan
Bakı. Bayıl stadionu

Xəbər 763 dəfə oxundu.